BNA: `Adam öldürən sürücünün vəsiqəsi də olub, əmək müqaviləsi də` - FOTO


16:33     28 Dekabr 2017 bna5.jpg

2 gün öncə baş verən avtobus qəzasıyla bağlı təfərrüatlar üzə çıxıb. Qəzanı törədən 202 saylı marşrut xəttinin sürücüsü Ağadadaş Qasımovun sənədlərinin qaydasında olmadığı, eyni zamanda əmək müqaviləsi olmadan işlədiyi bəlli olub.

Femida.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. Mais bəy mətbuatda yazılanların dəqiq məlumat olmadığını bildirib:

"Hadisə baş verən gün BNA-nın sorğusu əsasında 202 nömrəli müntəzəm marşrut xəttinin istismarını yerinə yetirən daşıyıcı şirkətdən verilən məlumata görə qəza törədən sürücü avtobusu idarə etməyə hüquq verən sürücülük vəsiqəsinə sahibdir. Eyni zamanda Qasımov Ağadadaş adlı sürücü "Çinar Trans" MMC-də sürücü vəzifəsində işə qəbul olunub. Daşıyıcı qeyd edilən məlumatların əks olunduğu sənədlərin surətini də BNA-ya təqdim edib. Qasımov Ağadadaşın "Çinar Trans" MMC-də işləməsi və əmək müqaviləsinin mövcudluğu elektron hökümət portalından çıxarışla da təsdiq edilir".

Ağayev sonda qeyd edib ki, BNA sürücü ilə daşıyıcı arasında əmək münasibətlərinin tənzimlənməsi məsələlərinə nəzarət etmir. Bu funksiya müvafiq dövlət qurumları tərəfindən icra edilir.



Amin

Femida.az

Açar sözlər:

Oxunub: 1296